MİNSK ŞƏHƏRİNDƏ ÇALIŞAN HƏMYERLİMİZ BELARUSUN ƏN YAXŞI BİZNESMENİ ADINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayının nümayəndəsi olmuş Baxşı Qənbərovun şəxsi vəsaiti ilə Minsk şəhərində inşa edilən “Astara” şadlıq evi təkcə burada yaşayan azərbaycanlıların deyil, belarusların da əsl istirahət yerinə çevrilmişdir.
“Astara” şadlıq evində toy və bayram şənlikləri ilə bərabər, respublika miqyaslı tədbirlər də keçirilir. Hər il burada keçirilən “Şərq şirniyyatı” festivalında iştirakçılara Azərbaycan şirniyyatının ən gözəl nümunələri təqdim edilməklə, milli musiqi və rəqslərimizin ecazkarlığı və füsunkarlığı da nümayiş etdirilir.
Astara rayon Burzubənd kənd mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Belarusda yaşayan həmyerlimizin dəvəti ilə “Astara” şadlıq evində maraqlı konsert proqramı ilə çıxış etmişdir.