MİQRASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Birliyi və birliyin üzvü olmayan ölkələrdə miqrasiya məsələləri, o cümlədən həmin dövlətlərin bu sahədə qanunvericiliyi, miqrantların sosial müdafiəsinin təşkili və onların pensiya hüquqlarına dair məruzələr dinlənilmiş, eyni zamanda, fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndəsi isə öz çıxışında miqrasiya sahəsində ortaya çıxan problemlərin araşdırılmasına daha çox diqqət yetirilməsinin vacibliyini qeyd etmiş, habelə ölkəmizdə sosial müdafiə sahəsində aparılan islahatlar barədə konfrans iştirakçılarına məlumat vermişdir.
Konfransda bir sıra ölkələrin nümayəndələri ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]