“MİR MÖHSÜN NƏVVABIN ƏDƏBİ-BƏDİİ İRSİ” KİTABI ÇAP OLUNMUŞDUR
“M.Nəvvab yaradıcılığının tədqiq tarixi, sənətkarın dövrü və həyatı”, “M.Nəvvabın ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti”, “M.Nəvvab yaradıcılığında maarifçilik ideyaları” və “M.Nəvvabın lirikası” fəsillərindən ibarət kitab XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, ədəbiyyatşünas, rəssam, musiqişünas M.Nəvvabın ədəbi-bədii irsinin tədqiqinə həsr olunmuş ilk elmi əsərdir.
Monoqrafiyada M.Nəvvab təzkirə müəllifi, “Məclisi-fəramuşan” ədəbi məclisinin rəhbəri, lirik şair kimi araşdırılmış, onun maarifçilik görüşləri dövrün bir çox görkəmli ziyalılarının fikir və mülahizələri ilə müqayisəli şəkildə təhlil edilmişdir.