Mirsalam Qənbərov: Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu ekoloji baxımdan həssasdır
Bakı, 6 aprel, AZƏRTAC
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu ekoloji baxımdan həssasdır, yolun kənarlarında meşə sahələri üstünlük təşkil edir. Yol Şahdağ Milli Parkı və digər xüsusi əhəmiyyətli ərazilərdən keçir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə təşkil olunan ictimai dinləmədə deyib.
"Yol Şamaxının Muğanlı kəndindən başlayır və Qəbələyə qədər davam edir. Ümumi uzunluğu 77 kilometrə yaxındır. Dörd lotdan ibarətdir. İlkin monitorinq təhlillərinə görə, 77 kilometrlik yolun keçdiyi ərazilər meşə fondu ərazisinə, milli parka və bələdiyyə torpaqlarına təsadüf edir. Texniki parametrləri nəzərə alaraq yolun eninin 8 metrə qədər azaldılması barədə razılaşdırılıb", - deyə M.Qənbərov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]