Misir İxracatçılar Birliyi ilə investisiyaların və ticarət əlaqələrinin təşviqi müzakirə olunub
Bakı, 25 iyun, AZƏRTAC
Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Misir İxracatçılar Birliyi ("ExpoLink") arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki qurumun fəaliyyəti haqqında məlumat verilib, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, eləcə də ölkəmizdə sahibkarlar üçün yaradılmış imkanlar barədə danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]