Misir mətbuatında Qarabağda aparılan quruculuq işləri barədə məqalə dərc olunub
Qahirə, 20 sentyabr, AZƏRTAC
Misirin nüfuzlu “Cümhuriyyə” qəzetində Azərbaycanda səfərdə olan misirli jurnalist Mustafa Yasinin “Qarabağ Azərbaycanın incisidir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda aparılan irimiqyaslı bərpa və tikinti işləri barədə məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan dövlətinin başçısı bu ərazilərin yaşıl cənnətə çevriləcəyini bəyan edib.
Məqalədə ərəb jurnalistlərinin Ağdamda Cümə məscidi, Gəncədə Zəfər parkı, ən müasir standartlar səviyyəsində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bərpa olunan abidələr, Zəngilanın Ağalı kəndinə qayıdan yerli əhali, burada həyata keçirilən “ağıllı kənd” layihəsi haqqında təəssüratları yer alıb. Müəllif, həmçinin Bakıdakı Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı barədə də ətraflı məlumat verib, Azərbaycan XİN-in onları müşayiət edən əməkdaşları, habelə Qarabağın rayonlarında yerli icra nümayəndələri ilə müsahibələrdən sitatlar təqdim edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]