Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv edib
Qahirə, 31 may, AZƏRTAC
Misir Silahlı Qüvvələri Şimali Sinay əyalətində növbəti antiterror əməliyyatı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, ordunun sözçüsü Tamer əl-Rifai yarımadanın şimalında həyata keçirilən hərbi əməliyyat zamanı 19 terrorçunun məhv edildiyi, çoxlu sayda silah-sursat və texnikanın ələ keçirildiyi barədə məlumat verib. Onun sözlərinə görə, bir neçə saat davam edən döyüşlərdə Silahlı Qüvvələrin polkovniki və dörd əsgər həlak olub. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bir əl-Abed və Şüyx Züveyd qəsəbələrində terrorçu düşərgələrini də bombalayıb.
Misir ordusu mayın əvvəlində Şimali Sinayda həyata keçirilən antiterror əməliyyatlarında 126 terrorçunu məhv edib. Rəsmi məlumatda 15 hərbçinin də həlak olduğu bildirilib. 2018-ci ilin oktyabrından bu ərazidə aparılan əməliyyatlar zamanı ümumilikdə 450-dən çox terrorçu öldürülüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]