Misir polisi külli miqdarda antik əşya müsadirə edib
Qahirə, 3 iyun, AZƏRTAC
Misir polisi Minya əyalətindəki bir kənddə 374 qədim əşya aşkarlayaraq müsadirə edib. Onların arasında Qədim Misir dövrünə aid boyunbağılar, kiçik heykəllər, nizə ucları, tanrıların və kahinlərin rəsmi olan artifaktlar var.
AZƏRTAC xəbər verir ki, Misir Daxili İşlər Nazirliyinin turizm və qədim əşyaların qorunması departamentinin rəisi Midhat Montazir müsadirə edilən əşyalarla bağlı təhqiqat aparıldığını bildirib. Evində qanunsuz “muzey” olan 26 yaşlı gəncin hüquq üzrə bakalavr təhsil aldığı qeyd olunub.
Müsadirə edilən antik əşyalar mütəxəssislərin heyrətinə səbəb olub. Belə ki, onların arasında Qədim Misir fironu Tutanxamonun adı yazılmış qranit lövhə, Qədim Yunanıstan və Roma dövrlərinə aid əşyalar, ölkənin 17 regionundan tapılmış arxeoloji abidələr var.
Evindən antik əşyalar tapılmış şəxs həbs edilib və bu qiymətli artifaktları haradan əldə etməsi araşdırılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]