Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib
Qahirə, 26 iyun, AZƏRTAC
Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi iyunun 25-də yeni növ koronavirusa daha 1569 nəfərin yoluxduğunu bildirib. Qeyd olunub ki, yoluxanların ümumi sayı 61130 nəfərdir. Bundan başqa, son sutka ərzində koronavirusdan 83 nəfər vəfat edib və həyatını itirənlərin sayı 2533-ə çatıb. Məlumatda bildirilib ki, iyunun 25-də karantin xəstəxanalarında 403 pasiyent sağalıb.
Misirdəki Azərbaycan diasporundan AZƏRTAC-a bildiriblər ki, bu ölkədə aktiv karantin rejiminin davam etdiyi son üç ay müddətində azərbaycanlılardan heç biri COVID-19-a yoluxmayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]