Misirdə qılıncoynatma üzrə dünya birinciliyi yarışına start verilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Misirin paytaxtı Qahirə şəhərində yeniyetmə və gənclərin dünya birinciliyi yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, qılıncoynatmanın sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov yeniyetmə və gənclərin şəxsi yarışında, eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayır. Zərifə Hüseynova yeniyetmə və gənclərin şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparır.
Şpaqa növündə isə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edir. Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edir. Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə gənclərin komanda yarışında ölkəmizi təmsil edir.