Misirdə qılıncoynatma üzrə dünya birinciliyində gənclər arasında sablya yarışı keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 4-də Misirin paytaxtı Qahirə şəhərində yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib. İlk yarış günündə gənclər üzrə sablya yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, qılıncoynadanlarımızdan qızların yarışında Aysel Əhədova (4 qələbə), oğlanların mübarizəsində isə Maqsud Hüseynli (4 qələbə) və Murad Əkbərov (2 qələbə) qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəlib. Aysel Əhədova pley-offda Bolqarıstan idmançısı Beloslava İvanovaya 12:15 hesabı ilə uduzub. Maqsud Hüseynli isə pley-offda Aleksandru Zmauya (Rumıniya) 11:15 hesabı ilə məğlub olub. Murad Əkbərov pley-offda keçirdiyi ilk görüşdə kolumbiyalı rəqibi Londono Borondi üzərində 15:7 hesablı qələbə qazansa da, növbəti görüşündə rusiyalı Maqamed Xalimbekova 5:15 hesabı ilə uduzub. Gənc sablyaçıların mübarizəsində qüvvəsini sınayan Zərifə Hüseynova və Saleh Məmmədov isə qrup mərhələsini adlaya bilməyib.
Qeyd edək ki, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]