Misirli hərbi qulluqçular növbəti dəfə Sinay yarımadasının şimalında terror aktının qurbanı olmuşlar
Əmman, 20 noyabr (AZƏRTAC). Yerli kütləvi informasiya vasitələri ölkənin güc strukturlarının nümayəndələrinə istinadla xəbər verirlər ki, Sinay yarımadasında Misir silahlı qüvvələri dəstəsinin silahlılar tərəfindən partladılması nəticəsində azı 10 hərbi qulluqçu həlak olmuş, daha 35 nəfər yaralanmışdır. Terror aktı Sinayın şimalında yerləşən Əl-Ariş şəhərinin yaxınlığında baş vermişdir.
Hadisə şahidlərinin sözlərinə görə, içərisində məzuniyyətə gedən hərbi qulluqçuların olduğu avtobuslar yolda hərəkət edərkən terrorçular həmin yolun kənarında saxlanmış avtomobili partlatmışlar. Misir ordusu hərbçilərə hücumun icraçılarını tutmaq üçün Əl-Ariş rayonunda xüsusi əməliyyat aparır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]