Misli Premyer Liqası: "Neftçi" - "Turan Tovuz" oyunu heç-heçə ilə bitib
Bakı, 10 mart, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün sonuncu qarşılaşmasında "Neftçi" evdə "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Ağ-qaralar"da 88-ci dəqiqədə Bassala Sambu, bölgə təmsilçisində isə 90+5-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.
Bu nəticədən sonra paytaxt klubu 28 xalla 6-cı, tovuzlular isə 43 xalla 4-cü pillədə qərarlaşıb.
Bu gün təşkil olunmuş ilk oyunda "Sumqayıt" "Kəpəz"in qapısından 3 cavabsız qol keçirib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]