Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı “Kəpəz” və “Səbail” kollektivləri arasında olub. “ASCO Arena”da keçirilən görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın yeganə qoluna 11-ci dəqiqədə Madi Queta imza atıb.
Digər oyunda isə “Sabah” və “Sumqayıt” klubları üz-üzə gəlib. “Bank Respublika Arena”dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticələrdən sonra "Sabah" 28 xalla 5-ci, "Sumqayıt" 27 xalla 6-cı, "Səbail" 15 xalla 9-cu, "Kəpəz" isə 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 26-da reallaşacaq iki oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]