MKİ-NİN AVROPADAKI GİZLİ HƏBSXANALARINI PEYKLƏRİN KÖMƏYİ İLƏ AXTARACAQLAR
Marti vurğulamışdır ki, hərbi əsirlərin saxlandığı Quantanamo kimi həbs düşərgəsini Avropa ərazisində uzun müddətə yerləşdirmək mümkün deyildir.
Lakin deputatın sözlərinə görə, MKİ-nin terrorçular gətirən təyyarələrinin Avropada bəzi ölkələrin ərazisinə enməsi istisna edilmir. Həmin təyyarələr bu ölkələrdə bir neçə gün və ya hətta bir həftə ərzində qala bilərdi, amma bunu aşkarlamaq olduqca çətindir.
Məlum olmuşdur ki, Avropa İttifaqı ABŞ hökumətinə MKİ-nin Şərqi Avropada gizli həbsxanaları olduğu barədə xəbərlərə aydınlıq gətirmək xahişi ilə müraciət etmək niyyətindədir. Bu barədə informasiyanı noyabrın əvvəllərində “Vaşinqton post” qəzeti vermişdi.
ABŞ-ın rəsmi hakimiyyət orqanları bu xəbərləri indiyədək nə təsdiqləmiş, nə də təkzib etmişlər. Məqalədə adları çəkilən Rumıniya və Polşa onların ərazilərində MKİ-nin gizli həbsxanalarının olduğunu qəti surətdə inkar edir. Noyabrın 8-də Avropa Şurası bu məsələ üzrə təhqiqata başlamışdır. Təşkilatın baş katibi Terri Devis Avropa İttifaqının ölkələrini terrorçuların MKİ təyyarələri ilə Avropaya gətirildiyi barədə xəbərləri ətraflı yoxlamağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]