MMA döyüşçülərimiz Belqradda dünya çempionatında iştirak edirlər
Belqrad, 17 fevral, AZƏRTAC
Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən MMA üzrə dünya çempionatında iştirak edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan MMA Federasiyasının (AZMMAF) prezidenti Rövşən Həsənov və milli komandanın üzvləri Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Çempionatda Azərbaycanı gənc və peşəkar olmaqla, ümumilikdə 6 idmançı təmsil edir.
Belqraddakı “Stark Arena”da keçirilən çempionat fevralın 17-dək davam edəcək.
Çempionat qadın idmançılar arasında 6, kişi idmançılar üzrə isə 10 çəki dərəcəsində keçirilir. Dünya çempionatında 62 ölkədən 520-dən çox idmançı mübarizə aparır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]