Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mobil Rezidentlik proqramına 25-dən çox ölkədən 70-dək müraciət daxil olub

Mobil Rezidentlik proqramına 25-dən çox ölkədən 70-dək müraciət daxil olub

Bakı, 3 iyun, AZƏRTAC

Mobil Rezidentlik proqramına 25-dən çox ölkədən 70-ə yaxın müraciət daxil olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin Mobil Rezidentlik proqramının inkişaf perspektivləri barədə şərhini təqdim edir.

- Mobil rezidentlik nədir?

- Mobil rezidentlik dünyada yalnız iki dövlət tərəfindən təqdim edilən biznesin ən son və innovativ formasıdır. Dövlətlərin iqtisadi və ticari səviyyədə qloballaşan, lakin fiziki müstəvidə məsafələndiyi bir dövrdə iş adamları və biznes nümayəndələri fəaliyyətlərini yaşadığımız bu reallığa uyğun qurmaqda çətinlik çəkirlər. Bəzi hallarda ticari müharibələr, bəzi hallarda iqtisadi sanksiyalar, bəzən müxtəlif embarqolar, bəzən də vergi faizləri şirkətləri bir ölkədən digərinə köçməyə, yenidən investisiya yatırmağa, fəaliyyəti yenidən təşkil etməyə məcbur edir. Bu da xərclərini optimallaşdırmaq istəyən və əsas məqsədi gəlir olan bizneslərə heç də xoş olmur. Məhz bu qeyd olunan çətinliklərdən sığortalanmaq, biznesin əziyyətsiz və risksiz başladılması və aparılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda Mobil Rezidentlik (m-Residency) proqramı təqdim edildi. Dünyanın istənilən yerindən Azərbaycanda virtual kimlik almaq, bu kimlik vasitəsilə ölkədə rəsmi fəaliyyətə başlamaq və istənilən bank xidmətindən yararlanmaq imkanı verildi. Hazırda tətbiqini uzaq görüb, istifadəsinin məhdud olacağını düşünsək də artıq m-Residency sürətlə böyüyür.

- M-Residency proqramının uğurları barədə danışardınız.

- Kütləvi istifadəyə sadəcə bir neçə ay öncə təqdim edilməsinə baxmayaraq, artıq Azərbaycanın bu innovativ layihəsinə maraq gözlənildiyindən də daha çoxdur. Bu qısa müddət ərzində m-Residency proqramına 25-dən çox ölkədən 70-ə yaxın müraciət daxil olub və bu sayın ilin sonunadək 100-dən çox olacağı gözlənilir.

Bu ölkələrə Fransa, İspaniya, Almaniya, Yunanıstan, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, İsrail, Rusiya, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və digərləri daxildir. Müraciət edən şəxslərin böyük əksəriyyəti artıq öz ölkələrində biznes üzrə uğur qazanıb, fəaliyyətlətini perspektivli ölkələrə genişlətmək istəyən uğurlu iş adamlarıdır. Azərbaycanla yanaşı, m-Residency proqramını təqdim edən digər ölkə Estoniyada da bu tendensiyalar müşahidə edilir. Belə ki, son il ərzində Estoniya dövləti oxşar proqramdan 20 milyon ABŞ dolları həcmində vergi və xidmət haqqları üzrə qazanc əldə edib. Bu rəqəmin birbaşa qazanc olduğunu nəzərə alsaq, ölkənin proqramdan qazandığı dolayı gəlir dəfələrlə daha böyükdür (işçilərin maaşları, ölkə daxili xidmət ödənişləri, podratçıların qazancı və sair). Qeyd edilən bu məqam layihənin Azərbaycanda da oxşar qaydada maddi uğur qazanacağını deməyə imkan verir.

- Mobil Rezidentliklə şirkət qeydiyyatı necə mümükündür?

- Estoniya təcrübəsi fonunda bu proqramın ölkəyə verdiyi ən müsbət təsiri xarici iş adamlarının Azərbaycanda asan şəkildə şirkət açmasıdır. Azərbaycanda ilk dəfə bu proqram çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Dövlət Vergi Xidməti ilə birlikdə Hüquqi Şəxsin qeydiyyatı sistemini 3 dildə (Azərbaycan, rus, ingilis) “www.dth.az” portalında təqdim edib. Müraciətçilərin kolorit etnik və professional tarixçəsini nəzərə alaraq yaradılan bu yeni sistem asan interfeys, sürətli xidmət, və təhlükəsiz müraciət prosesi təqdim etməkdədir. Yeni yaradılan sistem bütün qeyri-rezidentlərə, həm ölkə xaricində yaşayan Azərbaycan vətəndaşlarına, həm də əcnəbilərə mobil rezidentlik əldə etdikdən sonra tam ödənişsiz şəkildə şirkət qeydiyyatı aparmaq imkanı verir. Əlavə olaraq portalda biznes tərəfdaşları vasitəsilə təqdim olunan biznes xidmətlərdən də yararlanmaq mümkündür.

- M-Residency ilə bank hesabı yaratmağın üstünlükləri hansılardır?

- Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub portalı) ölkəmizin mobil rezidentlərini düşünərək ötən il banklar haqqında qanuna öz töhfəsini verib. Məsafədən bank xidmətlərinin göstərilməsi üçün nəzarət orqanına aidiyyəti təklif olunub. Bunun nəticəsində Azərbaycanda nəinki yerli vətəndaş, burada olmayan həmyerlilərimiz və əcnəbi vətəndaşlar da bank xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ölkənin aparıcı korporativ bankı olan “Paşa Bank” ilk dəfə olaraq xarici vətəndaşlara ölkəyə gəlmədən korporativ hesab açmaq imkanı təqdim edib. Eyni zamanda, ölkənin digər bankları da korporativ xidmətlərlə yanaşı, əcnəbilərə fərdi bank xidmətlərinin təqdim olunması üçün texniki həllər təqdim ediblər. Gözlənilən odur ki, mobil rezidentlik proqramının əhatə dairəsi genişləndikcə, bu proqramdan istifadə edən qeyri-rezidentlərimiz yaxın zamanda bütün banklardan istədikləri xidməti ala biləcəklər. Bank xidmətlərilə yanaşı, həm də bu şəxslərə müxtəlif maliyyə xidmətləri də təklif ediləcək.

- Mobil Rezidentlik xidmətinin ölkəyə müsbət təsiri nə ola bilər?

- M-Residency ölkəyə ilk növbədə daha çox xarici valyutanın daxil olmasına kömək göstərəcək. Belə ki, istifadəçilərinin tamamını qeyri-rezidentlərin təşkil etdiyi xidmətlər üçün əldə edilən ödənişlər ölkəmizə daxil olur. Mobil rezidentlərin yaratdıqları şirkətin nizamnamə kapitalı, vergi və əməkhaqqı vəsaitləri, bank xidmət haqları və digər ödənişlər xarici valyuta olaraq ölkəmizə daxil olacaq. Qeyd edilən birbaşa ödənişlərlə yanaşı m-Residency layihəsi dolayı olaraq ölkə iqtisadiyyatına dəfələrlə böyük həcmdə müsbət təsir edəcək. Həm işə cəlb edilən vətəndaşlar, şirkətə xidmət göstərən podratçılar, həm də bu şirkətə biznes həlləri təqdim edən digər şirkətlərin hər biri ölkəyə invesitisiya yatıran mobil rezidentdən xeyir əldə edə biləcəklər. Proqram Azərbaycanda real sektorda olan imkanlardan əcnəbilərin yararlanması üçün unikal imkan təqdim etməklə onların ölkəyə cəlbi və nəticədə qeyd edilən sahələrin daha da inkişafına böyük təkan vermiş olacaq. Proqram əcnəbilərin Azərbaycana turist olaraq gəlməsinə də müsbət təsir göstərəcək. Statistik göstəricilərə nəzər salındıqda görünür ki, mobil rezidentlərin yarısından çoxu fəaliyyətə başladıqdan sonra ölkəyə davamlı olaraq səfər edir və nəticədə turizm, xidmət və digər sektorların da inkişafına müsbət təsir edirlər.

- M-Residency proqramının üstünlükləri nələrdir?

- Mobil Rezidentlik proqramı istifadəçisindən asılı olaraq müxtəlif üstünlüklər təqdim edir. Proqram Azərbaycanda bank hesabı olan, lakin yaşama icazəsi və ya digər qanuni sənədi olmayan əcnəbi vətəndaşlara, bank hesablarına giriş imkanı verir. Əlavə olaraq, xaricdə yaşayan həmvətənlərimizə ölkəyə gəlmədən müxtəlif növ elektron dövlət xidmətləri üzrə əməliyyatları həyata keçirməyə şərait yaradılır. Proqram dünyanın istənilən nöqtəsindən baş vurmaq imkanı təqdim etdiyi üçün, əcnəbilərə ölkəmizdəki güzəştli vergi şərtlərindən, dövlət dəstəkli layihələrdən, subsidiyalardan yararlanmaq imkanı da təqdim edir. Proqram bəzi hallarda hətta istifadəçilərə öz ölkələrindən digər dövlətlərə bir başa çıxışları olmadığı təqdirdə, həmin məhdudiyyət olan bazara, Azərbaycan üzərindən çıxış imkanı da təqdim edir. m-Residency hüquqi şəxsin qeydiyyatı vasitəsilə əcnəbilərə ölkədə müvəqqəti yaşamaq izni almaq üçün də dolayı dəstək verir. Göründüyü kimi proqram istifadəçidən asılı olaraq bir çox müxtəlif imkanlar təqdim edir.

- Proqramın gözləntiləri hansılardır?

- M-Residency termini yeni bir anlayış olsa da proqramın ölkənin gələcəyinə müsbət təsiri haqqında təsəvvür artıq formalaşıb. Faktiki statistika bizə yaxın gələcəkdə Azərbaycanın Mobil Rezidentlik proqramının bir neçə dəfə böyüyəcəyini və daha çox ölkədən, daha geniş spekterdən iş adamlarının və investorlarının cəlbinə dəstək olacağını deməyə əsas verir. Dünyada neftə olan tələbin azalması, qeyri-neft sektorunun daha da önəm qazanması və rəqəmsallaşmanın sürətlə yayıldığı iqtisadi və siyasi fonda m-Residecy proqramı Azərbaycanın inkişafına daha da dəstək ola, onun tam rəqəmsal mobil biznes mühiti təqdim etdiyini dünyaya tanıda və bu üsulla ölkəmizi regionda biznes və investisiya mərkəzinə çevirə bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb