MOLDOVA HÖKUMƏTİ DÖVLƏT İDARƏLƏRİNDƏ SİQARET ÇƏKMƏYİ YASAQLADI
AZƏRTAC-ın Kişinyovdan aldığı xəbərdə deyilir ki, Moldova hökuməti mərkəzi və yerli hakimiyyət orqanlarının iş otaqlarında siqaret çəkilməsinə ciddi qadağa qoymuşdur. Qərarın təşəbbüsçüsü olan Baş nazir Vasili Tarlev bunu siqaret çəkməyən əməkdaşların və idarələrə gələnlərin şikayətləri ilə əsaslandırmışdır.
İndən belə məmurlar və dövlət idarələrinə gələnlər binalarda ayrılmış xüsusi yerlərdə siqaret çəkə bilərlər. Qanunu pozanlara cərimə formaları hələ müəyyən edilməmişdir. Lakin onları işdən çıxarılmağa qədər ciddi cəza gözləyəcəyi artıq məlumdur. Hələliksə, idarələrdə izahetmə söhbətləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]