Moldova XİN Qarabağda erməni separatçılarının qondarma “seçkilərini” pisləyən bəyanat verib
Bakı, 9 sentyabr, AZƏRTAC
Moldova Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəyanat verib.
AZƏRTAC xəbər verir ki, Moldova XİN-in bəyanatında deyilir: “Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.
Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]