Moldovada səsvermə başa çatıb: seçicilərin 96 faizindən çoxu səs verib
Kişineu, 11 aprel, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyində yaradılan 40 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan vətəndaşlarının 96,55 faizi səsvermədə iştirak edib.
Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Moldovadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səs veriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu