Moldovada “Şor” partiyasının liderlərinin seçkilərdə iştirakına qadağa qoyulub
Bakı, 31 iyul, AZƏRTAC
Moldova parlamenti müxalifətdə olan “Şor” partiyasının liderlərinin və fəallarının seçkilərdə iştirakına qadağa qoyulmasını təsdiqləyib.
AZƏRTAC Moldova mediasına istinadla xəbər verir ki, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər ikinci oxunuşda Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatların səsləri ilə təsdiqlənib.
İyun ayında Moldova Konstitusiya Məhkəməsi “Şor” partiyasının fəaliyyətini qadağan etmək barədə hökumətin tələbini dəstəkləyib. Ədliyyə Nazirliyinə partiyanın ləğvi və reyestrdən çıxarılması üçün komissiya yaratmağı tapşırıb.
Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşkanın sözlərinə görə, “Şor” partiyasının deputatları parlamentdəki mandatlarını saxlayacaqlar. Lakin fraksiya buraxılacaq və onlar müstəqil deputat kimi fəaliyyət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]