“MonacoSAT”ın prezidenti: Peyk əlaqələri dövlətlərin rəqəmsal uçurumları geridə qoymağa imkan yaradır
Bakı, 24 aprel, AZƏRTAC
“Peyk əlaqələri dövlətlərin rəqəmsal uçurumları geridə qoymağa imkan yaradır”.
AZƏRTAC xəbər verir ki, bunu “MonacoSAT”ın prezidenti və icraçı direktoru dr. İlhami Aygün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.
O bildirib ki, texnologiyaların inkişafı qlobal səviyyədə kosmik ekosistemin inkişafına təsirsiz ötüşmür.
“Mərkəzi Asiya inkişaf etməkdədir. Bu gün biz Bakıda STC2015 çərçivəsində milli kosmos layihələrinə yatırımlar barədə danışacağıq. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Çin hansı işləri görüb, bundan sonrakı əməkdaşlıqlar müzakirə olunacaq. Düşünürəm ki, bu, ölkələrimiz arasında əməkdaşlığı daha da irəli aparacaq”, - deyə İlhami Aygün vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]