“Monako” heyətini iki futbolçu ilə gücləndirib
Bakı, 1 fevral, AZƏRTAC
Fransanın “Monako” klubu iki futbolçu ilə heyətini gücləndirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Fransa təmsilçisi İngiltərənin “Lester Siti” komandasının 29 yaşlı mərkəz yarımmüdafiəçisi Adrien Silva və “Tottenhem”in 23 yaşlı fransalı hücumçusu Kevin NKudunu cari mövsümün sonunadək icarəyə götürüb. Eyni zamanda “Monako”nun 21 yaşlı belçikalı yarımmüdafiəçisi Yuri Tilemans “Lester Siti” klubuna icarəyə verilib.
Qeyd edək ki, Adrien Silva Portuqaliya millisinin heyətində 26 oyunda iştirak edib və bir dəfə fərqlənib. Kevin NKudu cari mövsümdə İngiltərə təmsilçisində 3 oyunda forma geyinib. Yuri Tilemans Belçika millisinin heyətində 14 oyunda çıxış edib. O, “Monako”da cari mövsümdə 30 oyunda 5 qol vurub.