Monqolustan balıq ovunu qadağan edib
Bakı, 14 aprel, AZƏRTAC
Monqolustan çoxalma dövründə olan balıq ehtiyatlarını qorumaq üçün balıq ovuna iki ay yarım qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ekologiya Polis İdarəsi məlumat yayıb. Bildirilir ki, balıq ovuna qadağa iyunun 15-dək qüvvədə olacaq.
Ölkənin fauna haqqında qanununa əsasən, Monqolustanın bəzi çay və göllərində balıqların düzgün çoxaldılması, istehsalı, mühafizəsi və davamlı toplanması üçün hər il cəmi 75 gün müddətində bütün növ balıqların tutulmasına məhdudiyyətlər qoyulur.
Balıq ovu qaydalarını pozan vətəndaşlar təxminən 85 dollar, hüquqi şəxslər isə 848 dollar məbləğində cərimələnəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]