Monqolustanda son 49 ilin ən güclü qarı yağıb
Bakı, 20 fevral, AZƏRTAC
Ölkənin Milli Meteorologiya və Ətraf Mühitin Monitorinqi Agentliyinin məlumatına əsasən, bu qış Monqolustanda 1975-ci ildən bəri ən qarlı hava qeydə alınıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Monqolustanın demək olar ki, bütün əyalətləri güclü qar və çovğun səbəbindən ekstremal hava şəraiti ilə üzləşib. Ölkə ərazisinin 80 faizindən çoxu qarla örtülüb.
Məlumatda qeyd olunur ki, ekstremal hava şəraitinin səbəb olduğu mal-qara tələfatının sayı 667 mini keçib.
Dünyanın son köçəri ölkələrindən biri olan Monqolustan tez-tez güclü küləklər, qar və toz fırtınaları ilə müşayiət edilən sərt kontinental iqlimə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]