MOSKVA BMT, ATƏT VƏ NATO-DAN TBİLİSİNİ SAKİTLƏŞDİRMƏYİ XAHİŞ EDİR
O vurğulamışdır ki, Gürcüstanın hərəkətlərini ancaq “Rusiya əleyhinə siyasətin növbəti təzahürü” kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, bu, BMT TŞ-nin həmin problemlə məşğul olması üçün əsasdır”. Burada ATƏT-in də məşğul olması üçün məsələ var, çünki ATƏT Rusiya hərbi bazalarının Gürcüstan ərazisində olması ilə bağlı məsələləri ciddi müzakirə etməlidir”.
İTAR-TASS-ın yaydığı xəbərə görə, Gürcüstan polisi Cənubi Qafqazdakı Rusiya qoşunları qrupunun Tbilisinin mərkəzində yerləşən qərargahının binasını mühasirəyə almışdır.
Rusiyanın Tbilisidəki konsulu Valeri Vasilyev jurnalistlərə bildirmişdir ki, saxlanılan bütün RF vətəndaşları Rusiya səfirliyinin əməkdaşları ilə görüşlərdə təsdiqləmişlər ki, onlar casusluqda ittiham edilirlər.
Xatırladaq ki, sentyabrın 27-də Gürcüstan Əks-Kəşfiyyat Departamentinin əməkdaşları Tbilisi və Batumidə dörd Rusiya hərbi qulluqçusunu saxlamışlar. Gürcüstan DİN-in başçısı Vano Merabişvilinin bəyanatına görə, onlar Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləridir və Gürcüstan ərazisində kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinirlər.
Rusiyanın Tbilisidəki səfirliyində təsdiqləmişlər ki, Rusiyanın 4 deyil, 5 vətəndaşı tutulmuşdur. Onların hamısı istintaq təcridxanasında saxlanılır.
Gürcüstanın hakimiyyət orqanları bildirmişlər ki, diplomatik toxunulmazlıq tutulmuş rusiyalılara şamil edilmir və onların Rusiyaya qaytarılması istisna edilir. Müdafiə naziri İrakli Okruaşvili isə demişdir: “Biz çalışacağıq ki, bu adamlar Gürcüstan ədalət məhkəməsinə verilsin”.