MOSKVADA AZƏRBAYCAN TOPDANSATIŞ KOMPLEKSİ TİKİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri Moskva hökumətinə istinadla xəbər verir ki, yaxın vaxtlarda Moskvanın Cənubi Butovo rayonunda Azərbaycan topdansatış kompleksinin inşasına başlanacaqdır. Bu barədə qərar Azərbaycan hökuməti ilə Moskva hökuməti arasında əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasında qəbul olunmuşdur. Bununla əlaqədar, Rusiya paytaxtının meri Yuri Lujkov ümumi sahəsi 4,4 və 8,1 hektar olan iki torpaq sahəsi ayrılması barədə sərəncam imzalamışdır. Burada 60.000 kvadratmetr sahəsi olan topdansatış mərkəzi tikiləcəkdir. Kompleksin həm Azərbaycandan buraya gətirilən məhsulların bölüşdürmə mərkəzi, həm də topdansatış ərzaq bazarı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. 2005-ci ilin əvvəllərində tikilməyə başlanacaq kompleksin layihə dəyəri işlənib hazırlanma mərhələsindədir. Layihənin başlıca sərmayəçilərindən birinin “Azərbaycan-Moskva Beynəlxalq Bank” olacağı güman edilir.
Mütəxəssislərin fikrincə, topdansatış ticarət mərkəzi Azərbaycan ilə Moskva arasında ticarət-iqtisadi əməkdaşlığı nizama salmağa, iki dövlətin paytaxtları arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]