Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
Moskva, 4 iyun, AZƏRTAC
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin kitabı Moskvanın “Flinta” nəşriyyatında Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə dərc olunub.
Monoqrafiyada Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların əsrlər əvvəl bu torpaqlara köçməsi, Azərbaycan etnosunun formalaşması, XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş verən mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.
Kitab həm tarixçilər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:35]