MOSKVADA BAŞ VERMİŞ FACİƏ ZAMANI 57 NƏFƏR HƏLAK OLMUŞ, 33 ADAM YARALANMIŞDIR
Ölkəmizin Rusiyadakı səfirliyinin birinci katibi Ş.Qarayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Moskvanın 4 nömrəli meyitxanasındakı 30 meyitdən 28-i tanınmışdır. Onların neçəsinin Azərbaycan vətəndaşı olduğunu hələlik demək çətindir, lakin adlarına, soyadlarına və atalarının adlarına əsasən güman etmək olar ki, 28 nəfərdən 22-si həmvətənimizdir. Səfirlik qohumlarını axtaran həmyerlilərimizə yardım göstərilməsini davam etdirir.
Moskva Səhiyyə Departamentinin məlumatına görə, zərərçəkənlərə tibbi və psixoloji yardım göstərilir. Yaralılardan 10 nəfəri hələ də ağır vəziyyətdədir.