MOSKVADA BAZARIN DAMININ UÇMASI NƏTİCƏSİNDƏ ZƏRƏRZƏKƏN HƏMVƏTƏNLƏRİMİZ HAQQINDA İLKİN İNFORMASİYA
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, paytaxtın təcili yardım briqadaları yaralıları şəhərin müxtəlif xəstəxanalarına - Sklifosovski adına Elmi Tədqiqat İnstitutuna (ETİ), 29,33,36,52 və 71 nömrəli kiliniki xəstəxanalara çatdırırlar.
Xəstəxanaların qəbul bölmələrindən ilkin informasiya alınmışdır. Məsələn, təcili yardım maşını 29 nömrəli şəhər xəstəxanasının qəbul bölməsinə İ.Rəhimovu (23 yaş), Məmmədovu (22 yaş) və F.Səfərovanı (45 yaş) gətirmişdir. Zərərçəkənlərin hamısı orta dərəcəli xəsarət almış, onların həyatı üçün təhlükə yoxdur. Yüngül xəsarət alan vətəndaş Mansurov isə həkimlərin müayinəsindən sonra evə buraxılmışdır.
Tamilla İsmayılova (33 yaş) 36 nömrəli şəhər kilinikasına gətirilərək nevrocərrahiyyə bölməsinə qoyulmuşdur, 42 yaşlı Həsənov da bu xəstəxanadadır.
Həmvətənimiz Zərqələm Dünyamalıyeva (52 yaş) orta dərəcəli xəsarətlə 71 nömrəli xəstəxanaya gətirilmişdir.
İlham Məmmədov (40 yaş), Elgün Novruzov (22 yaş), Arzu Səfərov (28 yaş) və 25 yaşlı naməlum şəxs (sənədsizdir) Sklifosovski adına ETİ-yə gətirilmişdir.
52 nömrəli xəstəxananın qəbul bölməsindən bildirmişlər ki, burada həmvətənlərimiz yoxdur.
33 nömrəli şəhər xəstəxanası qəbul bölməsinin məlumatına görə, buraya həmvətənlərimiz Məhərrəm Davudov (45 yaş) və Tələt Qasımov (16 yaş) gətirilmişlər.
Xatırladaq ki, bunlar ilkin məlumatdır və xəstəxanalardakı adamaların vətəndaşlığı dəqiqləşdirilir.
Moskva vaxtı ilə saat 18.00 radələrinə olan məlumata görə, binanın uçması nəticəsində 49 nəfər həlak olmuşdur. Hələlik 29 nəfər xilas edilmişdir.
Hadisənin şahidləri bina uçarkən orada təxminən 200 nəfərin olduğunu bildirirlər.