Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib
Moskva, 26 sentyabr, AZƏRTAC
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.
Heydər Əliyev Fondunun nümayəndələri Rusiya Müftilər Şurasının sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin və “İhlas” Fondunun təmsilçiləri ilə birlikdə aztəminatlı ailələrə, o cümlədən azərbaycanlı ailələrə, habelə imkansız insanlara qurban əti paylayıblar.
Qurban sovqatı alanlar diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını
bildiriblər. Qeyd olunub ki, humanizm və mərhəmət aktı, yaxınlara qayğı kimi qəbul edilən bu xeyriyyə aksiyası yüksək mənəvi ideallara ən gözəl örnəkdir və bizim mənəvi əlaqələrimizi möhkəmləndirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]