MOSKVADA KEÇİRİLƏN “BİRLİK KUBOKU” TURNİRİNDƏ BAKININ “İNTER” KLUBU FİNLANDİYANIN EYNİADLI KOMANDASINI MƏĞLUB ETMİŞDİR
Moskva, 19 yanvar (AZƏRTAC). Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku - 2009” beynəlxalq futbol turnirinin ikinci turunda Azərbaycan çempionu “İnter” Finlandiyanın eyniadlı klubu ilə görüşmüşdür.
Gərgin idman mübarizəsi şəraitində keçmiş oyunda futbolçularımız 3:1 (2:0) hesabı ilə qalib gəlmişlər. Komandamızda topları Andrey Rubin, Xaqani Məmmədov və Valter Quqlemon vurmuşlar.
Qrupda sonuncu görüşünü “İnter” yanvarın 20-də “Olimpiya” idman kompleksində Latviyanın “Ventspils” komandası ilə keçirəcəkdir.
Hazırda “D” qrupunda yarışan Bakının “İnter” klubunun 2 oyundan sonra 4 xalı vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]