MOSKVADA MDB ÖLKƏLƏRİ DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNİN MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Azərbaycanı müşavirədə DİN-in MCMƏB-də səlahiyyətli nümayəndəsi Vaqif Şərifov təmsil edirdi.
V.Şərifov bildirmişdir ki, Birlik ölkələri hüquq mühafizə orqanlarının görüşündə Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinin və MCMƏB-in narkocinayətkarlığa qarşı mübarizə, MDB ərazisində narkotik vasitələrin nəqli kanallarının bağlanması istiqamətində işinin əlaqələndirilməsinin və birgə fəaliyyətinin təşkili məsələləri nəzərdən keçirilmişdir. MDB ölkələri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi getdikcə kəskinləşir, narkotik bitkilərin yetişdirilməsinin miqyası genişlənir, narkotiklərin transsərhəd dövriyyəsinin beynəlxalq kanallarını yaratmağa və möhkəmləndirməyə can atan cinayətkar qruplaşmaların birləşməsi prosesi davam edir.
O demişdir ki, çıxışında Azərbaycan dövlətinin və ölkəmizin hüquq mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkobiznes ilə mübarizə sahəsində həyata keçirdikləri tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.