Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Rusiya və Azərbaycan ictimai təşkilatları arasında əməkdaşlığın inkişafı yolları barədə müzakirələr aparılıb

Moskva, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada Rusiya İctimai Palatasında görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və gələcək fəaliyyət planı müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli, Rusiya İctimai Palatası yanında Beynəlxalq Əməkdaşlıq və Kütləvi Diplomatiya İctimai Şurasının sədri Sergey Orconikidze və digərləri iştirak ediblər.

Görüşdə iki qurum arasında əməkdaşlığa dair memorandum layihəsi müzakirə olunub.

Səfir Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələrinin birləşdirdiyini deyib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. “Mən çox şadam ki, Rusiya İctimai Palatası iki ölkənin ictimai əlaqələrinin genişləndirilməsinə mühüm əhəmiyyət verir”, - deyən səfir ictimai səviyyədə, parlamentlər səviyyəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, 25 illik müstəqilliyimiz dövründə biz bir-birimizi anlamağı, güzəştə getməyi, çətin vəziyyətlərdən çıxış yolları tapmağı öyrənmişik.

Dağlıq Qarabağ münaqişəsindən danışan P.Bülbüloğlu Azərbaycanın ərazi bütövlüyü məsələsinin heç zaman müzakirə mövzusu olmadığını qeyd edib. Azərbaycan ərazilərinin işğal altında olduğunu, Azərbaycan vətəndaşlarının öz torpaqlarında köçkünə çevrildiyini diqqətə çatdıran diplomat bu problemin həllinin dövlətimiz və xalqımız üçün çox vacib olduğunu qeyd edib. P.Bülbüloğlu Böyük Vətən müharibəsi illərində döyüşlərdə həlak olmuş azərbaycanlıların adlarının müəyyən edilməsi, gənclər arasında dostluq əlaqələrinin genişləndirilməsi sahələrində ictimai təşkilatların qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Görüşdə Azərbaycan və Rusiya regionları arasında siyasi, iqtisadi və ticarət sahələrində münasibətlərin intensiv inkişafı ilə yanaşı, ictimai təşkilatlar arasında da əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında Moskvaya dəvətə görə Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevə təşəkkürünü bildirib. Görüşün məqsədindən danışan deputat deyib ki, iki qurum arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib: “Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Lakin ictimaiyyətlər arasında münasibətlərin vəziyyəti qənaətbəxş deyil. QHT-lərimizin birgə əməkdaşlığı üçün çox böyük potensialı var”.

Tərəflərin gələcək fəaliyyəti özündə əks etdirən çərçivə sənəd üzərində işlədiyini qeyd edən A.Quliyev sonuncu belə sənədin 2013-cü ildə imzalandığını xatırladaraq deyib: “Həmin sənədin vaxtı bitib. Onu yeniləmək lazımdır. Burada çox maraqlı və məhsuldar müzakirələrimiz oldu. Demək olar ki, bütün məsələlərdə vahid mövqe nümayiş etdirdik. Bəzi həssas məsələlərdə ümumi yanaşma yoxdur. Lakin ümid edirəm ki, bizim sonrakı dialoqumuz razılığa gəlməyə imkan verəcək. Dörd istiqamətdə işçi qrupların yaradılması haqqında razılığa gəldik. Bu işçi qrupları təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq, insan hüquqlarının qorunması, miqrasiya məsələləri və ictimai nəzarət, birgə tədbirlərin və mübadilə proqramlarının təşkili sahələrini əhatə edir”.

A.Quliyev miqrasiya məsələləri və insan hüquqlarının qorunması ilə bağlı işçi qrupun yaradılmasının önəmini qeyd edərək deyib: “Bildiyiniz kimi, Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Onların hüquqlarının qoruması vacib məsələdir. İctimai Palata və Rusiyanın digər QHT-ləri bu məsələlərlə bağlı çox böyük işlər görə bilər. Bu işçi qrupun əsas vəzifəsi bu sahədə olan problemləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı addımlar atmaqdır”.

Şura sədri deyib ki, növbəti görüş Bakıda keçiriləcək. “Sənəd üzərində işləri davam etdirəcəyik. İctimai Palata rəhbərliyini Azərbaycana səfərə dəvət etdik. Ümid edirik ki, memorandumu tamamlayıb artıq Bakıda imzalaya biləcəyik”, - deyə o əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib