Müdafiə naziri Belarusda bir sıra tədbirlərdə iştirak edib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusda bir sıra tədbirlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan nazirliyin nümayəndə heyəti iyulun 3-də 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial komplekslərini ziyarət edərək önünə çiçəklər qoyub.