Müdafiə Nazirliyi: Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır
Bakı, 9 mart, AZƏRTAC
Qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatının keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ciddi uğursuzluqlarını və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.
“Düşmən elə bir qorxu içindədir ki, dinc sakinləri, hətta qoyun-quzu sürülərini də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]