MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir Azərbaycanın müstəqillik yolu və Avropa təhlükəsizlik strukturlarına inteqrasiyası barədə qonaqlara məlumat vermişdir.
ABŞ-ın ölkəmizdəki səfirinin müavini Ceyson Haylend görüşə görə Səfər Əbiyevə təşəkkür edərək, belə səfərlərin regionla tanışlıq üçün gözəl imkanlar yaratdığını vurğulamışdır.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionundakı mövcud hərbi-siyasi vəziyyətə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan rəhbərliyi bu məsələdə destruktiv mövqe tutur. Nazir demişdir: “Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və danışıqlar yolu bir nəticə verməsə, digər imkanlardan istifadə ediləcəkdir.”
Sonda Səfər Əbiyev qonaqların Azərbaycan Silahlı Qüvvələrinin inkişafına, beynəlxalq terrorizmlə mübarizəyə, regionda həyata keçirilən iqtisadi layihələrin təhlükəsizliyinə və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırmışdır.