MÜFTİ QAYNUDDİN ƏMİNDİR Kİ, RUSİYA MÜSƏLMANLARI TƏMKİNLİK GÖSTƏRƏCƏKLƏR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Qaynuddin fevralın 14-də Moskvada keçirilən mətbuat konfransında demişdir: “Müsəlmanlar dərk edirlər ki, dinlər arasında müharibə başlanmasını çox istəyən müəyyən qüvvələr var. Müsəlmanlar gözəl başa düşürlər ki, bu, xristian və ya yəhudi qardaşlarımızdan irəli gələn iş deyildir”.
Müfti bu günlərdə Azərbaycan qəzetlərindən birində İsa Məsihə və Məryəmə karikaturalar dərc edildiyi barədə sualın cavabında demişdir ki, “dindar müsəlman İslamda müqəddəs olan İsa Peyğəmbərə və onun anasına – islamda müqəddəs sayılan Məryəmə karikatura çəkə bilməzdi. Ona görə də bu karikaturanı verənlər bir milyard 400 milyon müsəlmanın da hisslərini təhqir edirlər”.
Şeyx Qaynuddin xüsusi vurğulamışdır ki, dünyada baş alıb gedən “karikatura qalmaqalı” ilə əlaqədar Rusiyada müsəlman ruhanilərin səyləri sayəsində müsəlmanlar tərəfindən heç bir qanunazidd əməl olmamışdır. Rusiya müsəlmanları öz qəzəbli etirazlarını icazəli mitinqlərə toplaşaraq ifadə etmişlər. O əmin olduğunu bildirmişdir ki, islamın Rusiyadakı ardıcılları bundan sonra da özlərinə, adətən, xas olan təmkinlik göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]