Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə aprelin 6-da saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binasında keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov AZƏRTAC-a bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə təşkil olunacaq ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək, maraqlı tərəflərin fikirləri dinlənərək yekun rəy qəbul ediləcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]