Mühəndislər havadan içməli su alınması üçün qurğu yaradıblar
Bakı, 24 mart, AZƏRTAC
Massaçusets Texnologiya İnstitutunun alimləri səhranın quru havasından içməli su alınması üçün qurğu yaradıblar. Bu barədə məlumat “Nature Communications” jurnalında dərc edilmiş məqalədə yer alıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qurğunun yaradıcıları məsaməli materialdan və ərp təmizləyən vasitədən istifadə ediblər. RİA Novosti mühəndislərin fikrindən sitat gətirərək yazır: “Biz bu materialı bir il əvvəl təqdim edəndə həmkarlarımız onun praktik işləyəcəyinə şübhə ilə yanaşdılar və çoxsaylı iradlarını bildirdilər. Biz səhra sınaqları keçirdik və hər bir iddianı yoxladıq”.
Sınaq zonasında havanın sutkalıq temperaturu 15-25 dərəcə arasında dəyişib, rütubət isə 30 faiz olub. Gün ərzində 250 qram təmiz su əldə etmək mümkün olub.
Cihaz günəş şüalarının təsiri altında xüsusi qaba toplanan su buxarını məsaməli metal-üzvi materialda kondensasiya edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]