Münxen hava limanı dron həyəcanından sonra fəaliyyətini bərpa edib
Berlin, 4 oktyabr, AZƏRTAC
Dron təhlükəsi ilə əlaqədar ötən gecə yenidən bağlanan Münxen hava limanında aviareyslər səhər saatlarında bərpa edilib.
AZƏRTAC xəbər verir ki, Münxen aeroportunun açıqlamasında uçuşların tədricən bərpa edildiyi qeyd olunub. Bununla belə, gecikmələrin gün ərzində davam edə biləcəyi vurğulanıb və sərnişinlərdən müvafiq aviaşirkətlərlə əlaqə saxlamaları xahiş edilib.
Bu, son iki gündə ikinci hadisədir. Belə ki, dron müşahidəsi xəbərdarlığı ilə əlaqədar aeroportun fəaliyyəti dərhal dayandırılmış, bir sıra aviareyslər ləğv edilmişdi. Vəziyyətlə əlaqədar iki gün əvvəl 3000, ötən gün isə 6500 sərnişin aeroportda gözləməli olmuşdu.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]