“Münxendə tarix və hüquq dərsi” adlı kitab hazırlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan, rus, ingilis, fransız və alman dillərində “Münxendə tarix və hüquq dərsi” adlı kitab hazırlanıb.
YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızının AZƏRTAC-a verdiyi məlumata görə, kitab bu il fevralın 15-də keçirilmiş ənənəvi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin erməni yalanını ifşa etməsindən bəhs olunur.