MÜQAVİLƏNİN SAHİBİ OKTYABRDA MÜƏYYƏN EDİLƏCƏK
Azərbaycana elektrik enerjisinin ötürülməsi sisteminin bərpasına dair Almaniyanın KFVV bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində müqavilənin sahibi bir neçə tanınmış şirkət arasından seçiləcəkdir. Bankın yerli nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihədə iştirak etmək istəyən şirkətlər sırasında “Siemens” və ABB İsveç-İsveçrə firmasının Almaniya bölməsi də vardır.
Xatırladaq ki, ötürücü müəssisələrin yenidən qurulması və Azərbaycanın enerji sistemində müasir dispetçer idarəetmə sisteminin tətbiqi üçün 17,3 milyon avro məbləğində kredit ayrılması barədə cari ilin fevralında Almaniya bankı ilə “Azərenerji” SC arasında saziş imzalanmışdır. Layihə çərçivəsində müsabiqə prosedurları sentyabrda başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]
İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
- 10.06.2026 [13:24]
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
- 10.06.2026 [13:19]