Murat Kurum: İzmirdə dağılan binalar bir il ərzində yenidən inşa ediləcək
İstanbul, 7 noyabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binaların bir il ərzində yenidən inşası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.
Ərazidə yenidənqurma işlərinin qısa müddət ərzində başlayacağını deyən nazir evləri dağılan vətəndaşlara yeni inşa edilən binalarda iki və ya üç otaqlı mənzillərin təqdim olunacağını bildirib.
Qeyd edilib ki, zədəli hesab edilən bəzi binalar yenidən araşdırılacaq.
Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6.6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 114 nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]