Murmanskdakı həmvətənlərimiz haqqında Moskva jurnalı üçün müsahibə
Bakı, 25 iyun (AZƏRTAC). Xəbər verildiyi kimi, Moskvadakı aylıq “Zemlyaki” jurnalının müxbiri Viktor Surik Murmanskda yaradıcılıq ezamiyyətindədir.
Jurnalist Murmansk vilayətinin qubernatoru Lyudmila Çistova ilə görüşmüşdür.
O, jurnalın müxbirinə verdiyi müsahibədə regionda miqrasiya sahəsində vəziyyətdən, müxtəlif milli diasporlardan, habelə vilayətin siyasi və iqtisadi inkişafında azərbaycanlıların rolundan danışmışdır.
Lyudmila Çistova “Zemlyaki” jurnalı üçün müsahibəsində demişdir: “2004-cü ildə yaradılmış Ümumrusiya Azərbaycanlılar Konqresinin regional şöbəsi bu istiqamətdə fəal iş aparır”.
Qeyd edək ki, “Zemlyaki” jurnalı Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin informasiya dəstəyi ilə nəşr olunur.
Jurnal dövlətin və xidmətin miqrasiya proseslərinə rəhbərliyi məsələlərini dərindən və hərtərəfli işıqlandırır.
Jurnal tematik cəhətdən bloklara bölünmüşdür: “Miqrasiya işi”, “Beynəlxalq əməkdaşlıq”, “Dövlət proqramı”, “Miqrasiya və cəmiyyət” və “Rus dünyası”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]