Murmanskın “TV-21” telekanalında Azərbaycan və soydaşımız haqqında süjet göstərilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). Murmanskın “TV-21” regional telekanalı iyulun 17-də xəbərlərin səhər və axşam buraxılışında televiziya tamaşaçılarına Azərbaycan və həmvətənlərimiz haqqında süjet təqdim etmişdir.
Rusiyanın bu teleşirkəti ölkəmiz haqqında əvvəllər də materiallar göstərmişdir.
Telekanalın yaradıcı kollektivi Azərbaycan xalqının ənənələri və regionun iqtisadi həyatında fəal iştirak edən həmvətənlərimizin bayramları barədə tez-tez materiallar təqdim edir.
Sözügedən süjetdə həmvətənimiz, sahibkar Eldəniz Nəsirov Murmansk televiziya tamaşaçılarına cənubda yetişən müxtəlif meyvə və tərəvəz növləri, onlardan hazırlanan yeməklər barədə söhbət açmışdır.
Qeyd etmək lazımdır ki, Eldəniz Nəsirov Masallı rayonunda doğulmuş və orada boya-başa çatmışdır. Artıq 30 ilə yaxındır ki, o, Zapolyarye diyarının paytaxtı Murmansk şəhərində yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]