MURTUZA MUXTAROVUN QƏBİRÜSTÜ ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Layihənin sponsoru Hacı Eldar Mikayılzadə, heykəltəraş Tarıverdi Quliyev, qəsəbənin ağsaqqallar və veteranlar şurasının sədri Məmmədhüseyn Əsgərov, BDU tarix fakültəsinin dosenti Aydın Musayev mərasimdə çıxış edərək, XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafında M.Muxtarovun xidmətlərindən danışmışlar. Qeyd edilmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra belə xeyriyyəçilərin və mesenatların adlarının əbədiləşdirilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Murtuza Muxtarovun tikdirdiyi və hazırda “Səadət sarayı” adlanan gözəl binanın yerləşdiyi küçəyə də məhz onun adı verilmişdir.
Axırda Fatma xanım Yusifova məqbərənin tikilməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına M.Muxtarovun ailəsi adından minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]