Musa Qurbanlı: Het-trik etmək ideal olardı, amma iki qol da pis deyil
Bakı, 28 avqust, AZƏRTAC
Heyrətamiz oyun oldu. İsveçə gələndən bunu xəyal edir və gözləyirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunun “Degerfors”la oyununda (4:1) iki qol vurub bir məhsuldar ötürmə etməsi barədə yerli mətbuata açıqlamasında deyib.
58-ci dəqiqədə penaltini boşa verən 21 yaşlı hücumçu het-trik edə bilmədiyi üçün təəssüfləndiyini bildirib: “Əslində, iki gün öncə hazırlıq prosesindən sonra meydanda qalıb, təqribən 20 dəqiqə 11 metrlik cərimə zərbələri üzərində məşq etmişdim. Əlimdən gələni etdim, amma alınmadı. Het-trik etmək ideal olardı, amma iki qol da pis deyil”.
Qeyd edək ki, “Yurqorden” 21 turdan sonra 37 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]