Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb
Qahirə, 15 may, AZƏRTAC
Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. “CrescentRating” və “MasterCard”ın birgə tərtib etdiyi illik “Global Muslim Travel Index” (GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya isə ikinci yerdə qərarlaşmışdı.
İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasına Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) daxildir.
Ekspertlər turistlərin rahatlığı, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyaların səviyyəsi meyarlarını araşdırıblar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]