DÜNYA
Müsəlmanlara qarşı karikaturalar İsveç parlamentinin ədliyyə komitəsinin sədrinə problem yarada bilər
Stokholm, 134 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Riksdaqın (İsveç parlamenti) Ədalət Komitəsinin sədri Riçard Yumshof etnik qrupa qarşı təhrikdə ittiham olunur.
AZƏRTAC xəbər verir ki, buna səbəb onun X platformasında dərc etdiyi iki antimüsəlman karikatura olub.
“Kvartal” jurnalına müsahibəsində “İsveç Demokratları” ifrat sağçı millətçi partiyasının üzvü Yumshof bildirib ki, müvəqqəti olaraq ədalət komitəsinin sədri vəzifəsindən ayrılmaq niyyətindədir.
“Siyasi fəaliyyətimdə məni susdurmaq üçün edilən bütün cəhdlərin sonuncusu ondan ibarətdir ki, indi mənim barəmdə etnik qrupa qarşı təhriklə bağlı şikayət daxil olub”, - deyə o, qeyd edib.
Təqsirləndirilən şəxsin işini araşdıran baş prokuror Yoakim Zander, təhqiqatla bağlı ətraflı məlumat verməkdən imtina edib.
“Biz onun nifrət və nifaq toxumu səpməsinə çoxdandır fikir veririk. İsveç Riksdaqının ən mühüm komitələrindən birinin başında bu qədər açıq nifrətli şəxsin olması tamamilə yersizdir”, - deyə Ədliyyə Komitəsinin sədr müavini Ardalan Şekarabi bildirib.